Qaxda müəssisə rəhbərləri ilə görüş keçirilib
Ucnoqta.az xəbər verir ki, Qax rayonu üzrə təhsil sektorunun akt zalında keçirilmiş görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, rayon təhsil sektorunun müdiri Babək Heydərov və sektorun müvafiq əməkdaşları, ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyətindən bəhs edən sektor müdiri ümumi təhsil məktəblərinin idarəetməsinin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu təhsil müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırıb, müvafiq tapşırıqlar verib.
B.Nəbili direktorlara fəaliyyətdə nəticəyönümlülüyü əsas götüməyi tövsiyə edib, tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.