Nigeriyada 3 şəhərlərarası avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.
Ucnoqta.az-ın məlumatına görə, Nigerian Tribune hadisə şahidlərinə istinadən xəbər verir ki, insident ölkənin cənub-şərqindəki Otukpo-Enugu magistral yolunda (Benue ştatı) baş verib.
İlkin məlumatlara görə, hücum fidyə almaq üçün həyata keçirilib.