Rusiya müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı briqada generalı Məhəmməd Rza Aştiani ilə telefon danışığı aparıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət vurğulanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya və İran Xarici işlər nazirləri danışıb.