Rusiya xarici işlər naziri iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı aparıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Məlumata görtə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan telefon danışığı zamanı ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmənə endirdiyi zərbələri kəskin şəkildə pisləyiblər.
“Xarici işlər orqanlarının rəhbərləri Birləşmiş Ştatlar və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmən ərazisinə endirdiyi kütləvi zərbələri qətiyyətlə pisləyiblər”, - bəyanatda deyilir.