Çexiya prezidenti Petr Pavel İsrail liderləri ilə danışıqlar aparmaq üçün Təl-Əvivə səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ChTK xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Pavel İsrail prezidenti İsaak Hersoqla danışıqlar aparacaq, baş nazir Benyamin Netanyahu, Knessetin sədri Amir Ohana və müdafiə naziri Yoav Qalantla görüşəcək. Çexiya lideri Fələstinin HƏMAS hərəkatının yaraqlıları tərəfindən girov götürülən İsrail sakinləri ilə də görüşməyi planlaşdırır.
Çexiya prezidenti İsrailə səfərinin sonunda Qətərə yollanacaq.