İsrail milli komandasının keçmiş baş məşqçisi vəfat edib

13:40 - 15 Yanvar 2024 - DÜNYA

İsrailin futbol üzrə milli komandasının keçmiş baş məşqçisi və ölkə çempionatları tarixinin ən çox mükafatlandırılan mütəxəssisi Dror Kaştan 79 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölümün səbəbləri barədə məlumat verilmir.

Kaştan 2013-cü ildə məşqçilik karyerasını başa vurub. O, altı dəfə İsrail çempionatında komandaları qələbəyə aparıb. Mütəxəssis altı dəfə İsrail kubokunu və üç dəfə İsrail Liqa kubokunu qazanıb. O, futbolçu kimi 1962/63 mövsümündə Hapoel Petah Tikva ilə ölkə çempionu olub.

Xəbər xətti