Livanda müharibənin başlanmasına hazır olmaq əmri verildi

11:51 - 15 Yanvar 2024 - DÜNYA

Livan hökuməti İsraillə mümkün müharibənin başlanması ilə əlaqədar bir neçə departamentin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hökumətin sərəncamı bir sıra nazirliklərə və xəstəxanalara şamil edilib.

Livanın “Naharnet” xəbər portalının məlumatına görə, 2023-cü il oktyabrın 8-dən etibarən Livandan İsrailə doğru 2 mindən çox raket və 350 kamikadze pilotsuz uçuş aparatı buraxlıb. Nəticədə 12 hərbçi və 7 mühacirlər həlak olub, 170 nəfər yaralanıb. Hərbi gərginlik səbəbindən İsrailin şimalındakı 40-dan çox yaşayış məntəqəsindən, o cümlədən sərhəddən 2,5 km aralıda yerləşən Kiryat Şmona şəhərindən 115 min insan təxliyə edilib. .

Livanın cənubunda 32 dinc sakin İsrailin hücumlarının qurbanı olub, Hizbullah partiyasının silahlı qanadı isə 153 döyüşçünü itirib. Cənub rayonlarından didərgin düşmüş insanların sayı 75 min nəfərə çatıb.

Xəbər xətti