Vaşinqton İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə bu və ya digər şəkildə təminat verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü “Fox News” telekanalında prezident Co Baydenin Tehranla bağlı siyasətinə görə tənqidini şərh edərkən bildirib.
“Prezident və dövlət katibinin açıqladığı kimi, Birləşmiş Ştatlar bu və ya digər şəkildə İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini təmin edəcək... Dövlət katibinin dediyi kimi, bu məqsədə çatmaq üçün biz həmişə diplomatiyaya üstünlük veririk, lakin İranın nüvə eskalasiyasını və AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlıq etməməsini nəzərə alaraq, təəssüf ki, biz hazırda belə bir şeydən uzağıq”, - ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.
O vurğulayıb ki, Vaşinqton İran təhlükəsini çox ciddi qəbul edir və bu ölkənin problemli davranışına qarşı durmağa çalışır.
“İran terrorizmin dünyanın aparıcı dövlət sponsorudur və insan haqlarını ardıcıl pozandır. İranın yaratdığı bütün təhdidlər və təhlükəsizlik çağırışları ilə mübarizədə bizə həmfikir tərəfdaşların geniş spektri qoşuldu. Siyasət bu təhlükələrə qarşı praktiki üsullara diqqət yetirir. Bununla belə, biz daim İrana münasibətimizi qiymətləndiririk və təzyiqi artırmaq üçün əlavə yollar tapırıq”, - deyə rəsmi bildirib.