Qubada qadını elektrik cərəyanı vuraraq öldürüb.
Ucnoqta.az xəbər verir ki, Çiçi kənd sakini Ələkbərova Bəsti Hüseyn qızı yaşadığı evin həyətində yerləşən hamam otağının qarşısında olan elektrik naqillərinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.