"Real Madrid"in braziliyalı ulduzu Vinisius Səudiyyə Ərəbistanında "Barselona" ilə İspaniya Superkubokunun final matçında iki unikal nailiyyətə imza atıb.
Ucnoqta.az xəbər verir ki, braziliyalı futbolçu "El Klassiko"da ən sürətli het-trikə imza atıb. O, həmçinin 21-ci əsrdə bütün yarışlarda bir matçın ilk on dəqiqəsində iki qol vuran ilk futbolçu olub.
23 yaşlı braziliyalı 39-cu dəqiqəyədək 3 dəfə fərqlənib. O, 7, 10 və 39-cu dəqiqələrdə fərqlənib.