İsrail ordusu Qəzzada 100 gün ərzində 9 mindən çox silahlını məhv edib

00:26 - 15 Yanvar 2024 - DÜNYA

İsrail hərbçiləri 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 2 briqada komandiri və 19 HƏMAS batalyon komandiri də daxil olmaqla 9 mindən çox silahlısını məhv edib, həmçinin 30 minə yaxın hədəfə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin müharibənin ilk 100 gününün nəticələrinə dair dərc etdiyi xülasədə deyilir.

Qəzzadan hərbi əməliyyatlar başlayandan bəri İsrailə 9 minə yaxın raket və mərmi atılıb. Mətbuat xidməti bildirir ki, oktyabrın 7-dən İsrail ordusu zolağındakı 30 minə yaxın radikal hədəfə, o cümlədən 3,4 mini hərbi hədəfə hücum edib.

 Hərbi kəşfiyyat Qəzza zolağında terror fəaliyyətində əli olmaqda şübhəli bilinən 2,3 minə yaxın fələstinlini dindirib, onlardan bəziləri həbs edilərək növbəti dindirilmə üçün İsrailə aparılıb. Hərbçilər həmçinin Qəzza zolağına humanitar yardım aparan 7653 yük maşınının İsrailin nəzarətindən keçdiyini və təxminən 138 min ton yükü Fələstin anklavına çatdırdığını bildirib.

Xəbər xətti