ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya qüvvələri yanvarın 14-də Yəmənə zərbələr endirməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Pentaqonun nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, bu gün ABŞ və ya koalisiya tərəfindən Yəmənə heç bir zərbə endirilməyib.
Bundan əvvəl Sky News Arabia telekanalı Yəmənin Hudeydə əyalətinin şimalında yerləşən üsyançı husilər Ənsar Allah hərəkatının hədəflərindən birinin hücuma məruz qaldığını bildirib.
Husilərə məxsus “Al Masirah” telekanalı zərbənin Amerika və Britaniya döyüş təyyarələri tərəfindən həyata keçirildiyini iddia edib.