Qırmızı Xaç əməkdaşı Voldu Aregavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumat yayıb.
"Təcili yardım sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən vurularaq öldürülüb", - məlumatda deyilir. Qeyd edildiyi kimi, Berha xəstəxanaya çatana qədər dünyasını dəyişib.
Komitə həkimə kimin hücum etdiyini dəqiqləşdirməyib.
O, 2024-cü ildə vəfat edən yeddinci BQXK nümayəndəsidir.