Eyvandan yıxılan 15 yaşlı qız əməliyyat olunub

20:03 - 12 Yanvar 2024 - ÖLKƏ İÇİ

Masazırda eyvandan yıxılan 15 yaşlı qızın vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-nın sorğusuna cavab olaraq bildirib ki, Ayan Aslanovanın hər iki aşağı ətrafında olan sınıqlara görə cərrahi əməliyyat icra olunub.

Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Vəziyyəti stabildir.

Xəbər xətti