Gürcüstanın Müdafiə Nazirliyi Polşanın MESKO S.A şirkəti ilə zenit-raket komplekslərinin alınmasına dair müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Gürcüstanın müdafiə nazirinin müavini Georgi Xaindrava Polşanın MESKO S.A. şirkətinin nümayəndələri ilə görüşüb. Daha sonra Polşa istehsalı olan zenit-raket komplekslərinin alınmasına dair saziş imzalanıb”, - mesajda deyilir.
Bundan əlavə, görüşdə tərəflər Gürcüstan üçün NATO standartlarına uyğun silahların tətbiqinin vacibliyini də müzakirə ediblər ki, bu da ölkənin müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək.///tass