Kreml ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələrini pisləyib
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrin beynəlxalq hüquq baxımından qeyri-legitim olduğunu vurğulayıb.
"Biz onları qınayırıq. Beynəlxalq hüquq baxımından onlar qeyri-legitimdir. Bu, bizim mövqeyimizdir", - Peskov əlavə edib.