Böyük Britaniyanın baş naziri Rişi Sunak yanvarın 12-də Kiyevə səfəri ərəfəsində pilotsuz təyyarələrin ən böyük partiyasını Ukraynaya təhvil verəcəyini vəd edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, pilotsuz təyyarələrin əksəriyyəti Böyük Britaniyada istehsal olunacaq, lakin ölkənin müdafiə departamenti Kiyevə “dronların tədarükünü əhəmiyyətli dərəcədə artırmaq” üçün xarici tərəfdaşları da cəlb edəcək.
"Bu, xarici dövlət tərəfindən Ukraynaya təhvil verilmiş ən böyük pilotsuz təyyarələr partiyası olacaq", - baş nazir Britaniya hökumətinin açıqlamasında bildirib. .