Ermənistan və Hindistan ticarət həcmini artırmağı və Hindistan-İran-Ermənistan ticarət kanalları boyunca logistika infrastrukturunu genişləndirməyi planlaşdırır.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu ehtimalı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Hindistanın Qucarat əyalətində keçirilən Vibrant Qucarat Qlobal Sammitində Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları naziri Sarbananda Sonowal ilə müzakirə edib.
Vurğulanıb ki, İrəvan Hindistan üçün Aİİ və Aİ ölkələrinə tranzit ölkəyə çevrilə bilər.