İsrail Husilərin cavab reaksiyasına hazırlaşır
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail ABŞ-ın Yəmən ərazisinə endirdiyi zərbələr barədə əvvəlcədən xəbərdar edilib və Ənsar Allah hərəkatının husi üsyançılarından cavab verməyə hazırlaşır.
Adını açıqlamayan İsrail rəsmisinin qeyd etdiyi kimi, yəhudi dövləti üsyançılar və “digər iranpərəst qruplar” tərəfindən hər hansı bir hərəkətə yüksək hazırlıq vəziyyətindədir.
Amerika rəsmiləri öz növbəsində qeyd ediblər ki, Birləşmiş Ştatlar da husilərdən reaksiya gözləyir və “lazım gələrsə, yeni zərbələr endirməyə hazırdır”.