Mitsubishi Heavy Industries Corporation şirkəti Şimali Koreyanın raket buraxılışlarını izləmək və təbii fəlakətlərdən dəyən ziyanı qiymətləndirmək üçün nəzərdə tutulmuş yeni kəşfiyyat peyki olan "Optical 8"i orbitə buraxıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Kaqosimanın cənub-qərb prefekturasındakı Taneqaşima buraxılış meydançasından buraxılış şirkətin internet saytında yayımlanıb.
Cihaz 2018-ci ildə buraxılmış analoji "Optical 6" peykini əvəz etməlidir, çünki onun istismar müddəti tezliklə başa çatacaq. Ötən yanvar ayında "Mitsubishi Heavy Industries" eyni seriyadan olan "Radar 7" peykini orbitə çıxarmışdı.