Yaponiya Şimali Koreyanı izləmək üçün kəşfiyyat peykini orbitə buraxıb

08:59 - 12 Yanvar 2024 - DÜNYA

Mitsubishi Heavy Industries Corporation şirkəti Şimali Koreyanın raket buraxılışlarını izləmək və təbii fəlakətlərdən dəyən ziyanı qiymətləndirmək üçün nəzərdə tutulmuş yeni kəşfiyyat peyki olan "Optical 8"i orbitə buraxıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Kaqosimanın cənub-qərb prefekturasındakı Taneqaşima buraxılış meydançasından buraxılış şirkətin internet saytında yayımlanıb.

Cihaz 2018-ci ildə buraxılmış analoji "Optical 6" peykini əvəz etməlidir, çünki onun istismar müddəti tezliklə başa çatacaq. Ötən yanvar ayında "Mitsubishi Heavy Industries" eyni seriyadan olan "Radar 7" peykini orbitə çıxarmışdı.

Xəbər xətti