İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində onlarla insanı ölüb

08:10 - 12 Yanvar 2024 - DÜNYA

 İsrailin son 24 saat ərzində Qəzza zolağındakı şəhərlərə endirdiyi zərbələr nəticəsində onlarla insan həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Xan Yunisin morqlarına anklavın bombalanması nəticəsində həlak olanların 30 cəsədi daxil olub. Agentlik qeyd edib ki, İsrail aviasiyası Xan Yunisin mərkəzinə reydlər həyata keçirib, eyni zamanda İDF qüvvələri yaralıları xilas edən və ölüləri dağıntılar altından çıxaran təcili yardım ekipajlarını və xilasediciləri atəşə tutub.

İsrail aviasiyasının Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqindəki yaşayış massivinə endirdiyi zərbələr də 9 nəfərin həyatına son qoyub. Anklavın mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərinin qərbindəki əl-Məşələ bölgəsinin bombalanması nəticəsində azı 5 nəfər həlak olub.

Agentliyin məlumatına görə, İsrailin Qəzza zolağında hərbi kampaniyası başlayandan indiyədək 23,5 mindən çox fələstinli həlak olub, 56 mindən çoxu isə yaralanıb.

Xəbər xətti