Nigeriya hökumət qüvvələri son bir həftə ərzində ölkə daxilində həyata keçirdiyi əməliyyatlarda 86 terrorçunu məhv edib
Bu barədə Nigeriya Müdafiə Nazirliyinin media ilə əlaqələr üzrə direktoru general-mayor Edvard Buba bildirib. Məlumat görə, daha 101 terrorçunu ələ keçirib.
"Əsas səylər yaraqlıların qışladıqları bazalara hava zərbələrinin endirilməsinə yönəldilib. Terrorçular tərəfindən girov götürülənlər azad edilib", - deyə o, Nigeriyanın "Daily Post" qəzetinə istinadən bildirib.