Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”na dair iclasda iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Novosti-Armenia” yazıb.
Məlumata görə, Təhlükəsizlik Şurasının rəhbəri İsveçrəyə işgüzar səfərə gedəcək və yanvarın 14-də “sülh formulu”na dair iclasda iştirak edəcək. Səfərlə bağlı əlavə təfərrüatlar verilməyib.