İsrail hərbçiləri İordan çayının qərb sahilində bir gecədə keçirilən reydlərdə terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 24 fələstinlini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin (IDF), Sərhəd Polisinin və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) bölmələri gecə ərzində Yəhudeya və Samariyada terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 24 nəfəri saxlayıblar ”, - məlumatda deyilir.