Azad edilmiş ərazilərdə də 26 seçki məntəqəsi yaradılıb

12:56 - 11 Yanvar 2024 - ÖLKƏ İÇİ

"Azad edilmiş ərazilərdə də 26 seçki məntəqəsi yaratmışıq".

Ucnoqta.az xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

"Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da ayrıca məntəqələr yaradılıb. Xankəndidə seçki məntəqəsini artıq yaratmışıq. Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi. Azad edilmiş ərazilərdə yaratdığımız məntəqələr digər yerlərdə yaradılan məntəqələrə nümunə olmalıdır. Xankəndi başda olmaqla, azad edilmiş ərazilərdə qurulmuş digər məntəqələrdən çəkilişlər aparılmalıdır”.

Xəbər xətti