Qabonun devrilmiş prezidentinin həyat yoldaşı və oğlu ev dustaqlığına buraxılıb

12:44 - 11 Yanvar 2024 - DÜNYA

Qabonun keçmiş prezidenti Əli Bonqo Ondimbanın həyat yoldaşı və onun böyük oğlu ölkənin paytaxtı Librevildəki həbsxanadan köçürülüb və faktiki olaraq villada ev dustaqlığındadır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.

Bildirilir ki, Silvia Bonqo Ondimba və Nureddine Bonqo Valentin Qabonun paytaxtında villadadırlar, lakin dəqiq harada məlum deyil. Qeyd olunur ki, onların ailəsi, eləcə də yalnız bir dəfə görüşdükləri vəkili ilə əlaqə saxlamağa icazə verilmir.

Xəbər xətti