Kirmanda törədilən terror aktı ilə bağlı 35 nəfər saxlanılıb

12:39 - 11 Yanvar 2024 - DÜNYA

İslam Respublikasının Kəşfiyyat Nazirliyi yanvarın 3-də Kirman şəhərində terror aktını təşkil etməkdə şübhəli bilinən 35 nəfərin saxlanıldığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, şübhəlilər Qərbi Azərbaycan, İsfahan, Kirman, Sistan və Bəlucistan, Tehran və Rəzəvi Xorasan əyalətlərində saxlanılıb.

Agentlik həmçinin məlumat yayıb ki, əməliyyat rəhbəri qeyri-qanuni olaraq cənub-şərq sərhədlərindən ölkəyə daxil olub və terror aktından iki gün əvvəl İslam respublikasını tərk edib. O, əməliyyata rəhbərlik etməklə yanaşı, əldəqayırma partlayıcı qurğuların istehsalı ilə də məşğul olub.

Xəbər xətti