Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Ucnoqta.az xəbər verir ki, bu barədə İşikava prefekturasının səlahiyyətliləri məlumat yayıb. Məlumata görə, Yaponiyada Yapon dənizi sahilindəki Noto yarımadası ərazisində baş verən silsilə güclü zəlzələlər nəticəsində ölənlərin sayı 213-ə çatıb.
Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 1885-ci ildən bəri Noto bölgəsində baş verən ən güclü yeraltı təkan olduğunu bildirib.