Peruda fövqəladə vəziyyət 60 gün davam edəcək

10:43 - 11 Yanvar 2024 - DÜNYA

Peruda elan edilmiş fövqəladə vəziyyət həbsxanada iğtişaşlar və qonşu Ekvadorda baş verən iğtişaşlar fonunda 60 gün davam edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Nazirlər Şurası məlumat yayıb.

"Ekvador və Kolumbiya ilə həmsərhəd əyalətlərdə elan edilmiş fövqəladə vəziyyət 60 gün müddətinə təyin edilib", - hökumətin X səhifəsində dərc edilən məlumatda deyilir.

Perunun silahlı qüvvələri və milli polisi Ekvadorun mütəşəkkil cinayətkar qruplarının ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alacaq, sərhəddə miqrasiya nəzarəti gücləndirilib.

Xəbər xətti