Qəzza zolağında köçkünlərin sayı 1,9 milyon nəfərə çatıb

09:07 - 11 Yanvar 2024 - DÜNYA

İsrailin hərbi əməliyyatlarının üç aydan çoxdur davam etdiyi Qəzza zolağında köçkünlərin sayı 1,9 milyon nəfərə çatıb

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərq Agentliyinin məlumatında bildirilir. Məlumata görə, bu da anklav əhalisinin 85%-dən çoxunu təşkil edir.

Qeyd olunur ki, Qəzza zolağında 1,4 milyon köçkün BMT agentliyinin idarə etdiyi 155 obyektdə yaşayır.

Xəbər xətti