NATO Ukraynaya milyardlarla avro hərbi yardım vəd edir

00:28 - 11 Yanvar 2024 - DÜNYA

NATO 2024-cü ilə qədər Ukraynaya milyardlarla avro hərbi və iqtisadi yardım vəd edir.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurasının bəyanatında bildirilir.

Agentlik qeyd edir ki, Brüsseldə səfirlər səviyyəsində baş tutan görüşün sənədində yeni silah tədarükü barədə məlumat yoxdur və Ukraynaya nə qədər pulun köçürüləcəyi göstərilmir.

Bildirilib ki, NATO üzvləri “Ukraynaya geniş hərbi, iqtisadi və humanitar yardım göstərməyə davam edəcəklərini açıq şəkildə bəyan ediblər”. Bundan əlavə, bəyanatda vurğulanır ki, alyans ölkələri “2024-cü ildə milyardlarla avro dəyərində yeni dəstək vermək planlarını xatırladıblar”.

Xəbər xətti