Səudiyyə Ərəbistanı 12 milyard dollarlıq istiqraz buraxıb

00:15 - 11 Yanvar 2024 - DÜNYA

Səudiyyə Ərəbistanı 12 milyard dollarlıq istiqraz buraxıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında dövlət borclarının və hökumətin daxili və xarici borcunun tənzimlənməsindən məsul olan Milli Borc İdarəetmə Mərkəzindən verilən açıqlamaya görə, Səudiyyə Ərəbistanı 2024-cü ildə ümumi məbləği 12 milyard dollar olan ilk beynəlxalq dollar istiqrazlarının buraxılışını tamamlayıb.

İstiqrazlar müxtəlif ödəmə müddətləri ilə üç tranşda yerləşdirilib: 6, 10 və 30 il. 2030-cu ildə ödəmə müddəti başa çatan altı illik istiqrazlar üçün birinci tranşın dəyəri 3,25 milyard dollar, ödəmə müddəti 2034-cü ildə başa çatan on illik istiqrazlar üçün ikinci tranşın dəyəri 4 milyard dollar, 2054-cü ildə vaxtı çatan otuz illik istiqrazlar üçün üçüncü tranşın dəyəri 4,75 milyard dollar olub

Xəbər xətti