Moldovanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

00:05 - 11 Yanvar 2024 - DÜNYA

Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Rusiya Federasiyasındakı səfiri Liliana Dariusa rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı kəskin etirazını bildirib

Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Bəyanatda vurğulanır ki, Moldovanın bu cür hərəkətləri davam edərsə, Rusiya əlavə cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Diplomatik mesajda həmçinin Moldovaya daxil olarkən Rusiya vətəndaşlarına qarşı ayrı-seçkiliyin sistemli xarakter daşıdığı, sərhədi keçməkdən əsassız imtina hallarının tez-tez baş verdiyi qeyd olunub. Bundan əlavə, Moldova Respublikasının rəhbərliyinin aqressiv anti-Rusiya bəyanatları verməkdə davam etdiyi bildirilir.

Xəbər xətti