BMT-nin helikopterinə hücum edən terrorçular bir nəfəri öldürüb

00:01 - 11 Yanvar 2024 - DÜNYA

Somalidə "Əş-Şəbab" terrorçuları BMT-nin helikopterinə hücum edərək 1 nəfəri öldürüb, 6 nəfəri girov götürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Garowe portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Portalın məlumatına görə, hücum helikopterin təcili eniş etdiyi Qalmuduq əyalətinin Hindire kəndində baş verib. Müxtəlif mənbələrə görə, təyyarədə səkkiz-doqquz nəfər, o cümlədən Somalililər və vətəndaşlığı açıqlanmayan əcnəbilər olub.

The Wall Street Journal (WSJ) Somali hərbçilərinə istinadən xəbər verir ki, terrorçular misirli həkimi öldürüblər. Qəzet onu da yazır ki, Somali hökumət qüvvələri artıq Somalinin mərkəzindəki Qalmuduq əyalətində hadisə yerinə gəlib. Somali ordusunun WSJ-yə istinadən verdiyi məlumata görə, göyərtədə olan doqquz nəfər arasında iki Keniyalı həkim, bir Uqanda əsgəri və bir Somali zabiti olub.

Xəbər xətti