Ural Hava Yollarına məxsus təyyarədə Moskva yaxınlığındakı Jukovski hava limanından Düşənbəyə uçarkən uşaq dünyaya gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Ural Hava Yollarına məxsus təyyarə yanvarın 10-da Jukovskidən Düşənbəyə uçurdu və hündürlüyə qalxdıqdan sonra sərnişinlərdən biri yüksək səslə qışqırmağa başlayıb. Məlum olub ki, qadının doğuşu başlayıb. Onun köməyinə stüardessalar və sərnişinlər gəlib.
Ana və körpə təyinat hava limanına endikdən sonra həkimlərə təhvil verilib.