İranda 4,1 bal gücündə zəlzələ olub
Ucnoqta.az İSNA-ya istinadən xəbər verir ki, bu gün Kerman əyalətinin Şehdad şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, saat 13:15 radələrində baş verən zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.