İndoneziya Fransadan daha 18 "Rafale" qırıcı təyyarəsi alıb

13:52 - 10 Yanvar 2024 - DÜNYA

İndoneziya Müdafiə Nazirliyi fransız istehsalçısı Dassault Aviation-dan daha 18 "Rafale" döyüş təyyarəsi aldığını təsdiqləyib . Nəticədə Cakarta 42 təyyarə alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Jakarta Globe” internet qəzeti məlumat yayıb.

6 və 18 "Rafale" döyüş təyyarəsinin alınması ilə bağlı əvvəlki razılaşmalar müvafiq olaraq 2022-ci ilin sentyabrında və 2023-cü ilin avqustunda qüvvəyə minib.

Xəbər xətti