Ekvadorda iğtişaşlar davam edir - saxlanılanlar var

12:16 - 10 Yanvar 2024 - DÜNYA

Ekvadorda quldurlar tərəfindən ələ keçirilən TC Televisión kanalının studiyası polis tərəfindən əməliyyat keçirilib.

Ucnoqta.az xəbər verir ki, hüquq-mühafizə orqanları 13 nəfəri saxladıqlarını bildiriblər. Girovlar azad edilib.

Eyni zamanda, yerli KİV-lər ölkədə iğtişaşların davam etdiyini və quldurların məktəbləri və universitetləri ələ keçirməyə, habelə insanları qaçırmağa və edam videolarını dərc etməyə davam etdiyini bildirir. Həmçinin qeyd edilir ki, terrorçularla döyüşlər gedir, zirehli texnikalar küçələrdə hərəkət edir.

Xəbər xətti