Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi "Mercedes 600" markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb.
Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Qeyd edək ki, qəzada ölən N.Məmmədov Lənkəranda sahibkar, iş adamı kimi tanınırdı. O, yanacaqdoldurma məntəqəsinin sahibi idi.
Faktla bağlı araşdırma aparılır.///apa