Gənc qızı məcburi ƏRƏ VERDİLƏR - Polis araşdırmaya başlayıb

11:35 - 10 Yanvar 2024 - ÖLKƏ İÇİ

Azərbaycanda baş tutan toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb.

Trend-in əldə etdiyi məlumata görə, polis qızın bu izdivaca məcbur edildiyi aydın şəkildə göründüyü sözügedən kadrlarla bağlı artıq araşdırmaya başlayıb.

Gənc qızın zorla toy mərasiminə aparıldığı hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, hələlik hadisənin harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur.


Xəbər xətti