ABŞ-ın keçmiş birinci xanımı Melaniya Trampın anası Amaliya Knavs yanvarın 9-da 78 yaşında vəfat edib.
Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Melaniya Tramp X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp anasını həmişə lütf, hərarət və ləyaqətlə özünü daşıyan güclü qadın adlandırıb. Keçmiş birinci xanımın sözlərinə görə, Amanda bütünlüklə ərinə, qızlarına, nəvəsinə və kürəkəninə sadiq idi. Melaniya Tramp qeyd edib ki, o, anası üçün darıxacaq və onun irsinə hörmət etməyə və sevməyə davam edəcək.
ABC televiziyasının məlumatına görə, Knavs Floridada dünyasını dəyişib.