ABŞ məhkəməsi fransalı tələbə Sebastien Raoultu kiber fırıldaqçılıq ittihamı ilə 3 il həbs və 5 milyon dollar cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
İttiham tərəfinə görə ShinyHunters beynəlxalq haker qrupunun üzvü olan Raul 60-a yaxın şirkətin məlumatlarını oğurlamaqda təqsirli bilinib.
Agentliyin qeyd etdiyi kimi, 22 yaşlı tələbə əvvəlcə bütün ittihamları rədd etsə də, sonra mövqeyini dəyişərək istintaqla əməkdaşlıq etmək barədə razılığa gəlib.
Raul 2022-ci ilin mayında Mərakeşdə saxlanılıb. 2023-cü ilin yanvar ayına qədər o, Amerika hakimiyyətinin tələbi ilə krallıqda həbsdə qaldı, sonra ABŞ-a ekstradisiya edildi.