Məhkəmə fransalı tələbəni 5 milyon dollar cərimələdi

02:44 - 10 Yanvar 2024 - DÜNYA

ABŞ məhkəməsi fransalı tələbə Sebastien Raoultu kiber fırıldaqçılıq ittihamı ilə 3 il həbs və 5 milyon dollar cərimələyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

İttiham tərəfinə görə ShinyHunters beynəlxalq haker qrupunun üzvü olan Raul 60-a yaxın şirkətin məlumatlarını oğurlamaqda təqsirli bilinib.

Agentliyin qeyd etdiyi kimi, 22 yaşlı tələbə əvvəlcə bütün ittihamları rədd etsə də, sonra mövqeyini dəyişərək istintaqla əməkdaşlıq etmək barədə razılığa gəlib.

Raul 2022-ci ilin mayında Mərakeşdə saxlanılıb. 2023-cü ilin yanvar ayına qədər o, Amerika hakimiyyətinin tələbi ilə krallıqda həbsdə qaldı, sonra ABŞ-a ekstradisiya edildi.

Xəbər xətti