İranın Əlborz əyalətində fabrikdə baş verən yanğın nəticəsində azı 24 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, yanğına qaz məhlulunun partlaması səbəb olub. Hadisə yerli vaxtla saat 15:30-da vilayətin cənub-şərqində yerləşən sənaye şəhərində baş verib.
Zərərçəkənlərin aparıldığı əyalət tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini "ağır" kimi qiymətləndirib.
Yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər.