Gürcüstan prezidenti Rusiyanı əbədi düşmən adlandırıb

14:58 - 9 Yanvar 2024 - DÜNYA

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, həmişə Rusiyanı Gürcüstanın düşməni hesab edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Georgia Online yazıb.

Zurabişvili Rusiyanın müstəqillik əldə etdikdən sonra Gürcüstana qarşı mənfi münasibət göstərdiyini irəli sürüb. Özünün dediyinə görə, o və qohumlarında həmişə bu hiss olub.

“Bəlkə – bilmirəm – Rusiyada kimsə düşünür ki, qonşusu ilə fərqli münasibət ola bilər. Amma bu gün bu yoxdur – oradan Rusiyanın şüurunun və ya qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyinin olduğunu göstərən bir dənə də olsun işarə yoxdur”, - deyə Gürcüstan prezidenti bildirib.

Zurabişvili onu da vurğulayıb ki, atası Levan Zurabişvili kimi o da Gürcüstan xalqını birləşdirməyi mümkün hesab edir, ona görə ki, ölkənin bir düşməni var - Rusiya.

Xəbər xətti