Cənubi Koreya NASA-nın analoqunu yaradır

14:50 - 9 Yanvar 2024 - DÜNYA

Koreya Respublikasının Milli Assambleyası (Parlament) şərti olaraq Koreya Aerokosmik İdarəsi adlanan ayrıca kosmik agentliyin yaradılması haqqında qanun layihəsini qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumata görə, agentlik Amerika NASA-nın Cənubi Koreyadakı ekvivalenti olacaq. Agentlik təxminən may və ya iyun aylarında cənubdakı Sacheon şəhərində açılacaq. 

Xəbər xətti