“Ümid edirəm ki, AFFA baş məşqçi məsələsində uğurlu seçim edəcək”.
Ucnoqta.az-ın "Report”a istinadən yaydığı məlumata görə, bunu gənclər və idman naziri Fərid Qayıbov futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi axtarışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Nazir AFFA-nın ən doğru varianta üstünlük verəcəyinə inandığını bildirib: “AFFA ictimai birlikdir. Mən isə futbol mütəxəssisi deyiləm, azarkeşəm”.
Qeyd edək ki, Canni De Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçi vəzifəsi boşdur.