KTM-ə yerləşdirilən körpələrdən 6-nın vəziyyəti ağırdır

14:30 - 9 Yanvar 2024 - ÖLKƏ İÇİ

Respublika Perinatal Mərkəzdən Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə daxil olmuş 15 körpədən 6-nın vəziyyəti ağırdır.

APA xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin uzman pediatrı Aysel Qədimova deyib.

Həkim bildirib ki, Kliniki Tibbi Mərkəzə daxil olarkən körpələrdən 8-i reanimasiya, 7-si intensiv nəzarət şöbəsinə yerləşdirilib:

“Onlardan 3-ü hazırda süni tənəffüs aparatında, 3-ü isə CPAP tənəffüs dəstəyindədir. Digər körpələrin də müalicə və müayinəsi davam etdirilir. Onların vəziyyətində ağırlaşma olmayıb”.

Qeyd edilib ki, körpələrdən 6-sı qız, 9-u oğlandır.

Xəbər xətti