Pakistanın şimal-qərbində uşaq iflicinə qarşı peyvənd kampaniyası zamanı həkimlərin təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına terror hücumu nəticəsində azı 6 polis həlak olub, 27-si yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Nation” qəzeti məlumat yayıb.
Məlumata görə, polis zabitləri və həkimlər briqadasına hücum Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Bacaur bölgəsində (Xeyber-Paxtunxva əyaləti) başlayıb və orada terrorçular onlarla birlikdə konvoyun marşrutu boyunca bombanı partladıblar. Partlayış nəticəsində həkimlər xəsarət almayıb.
Hücuma görə məsuliyyəti qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.